AZ

“Sumqayıt” legioneri ilə müqaviləni uzadacaq

"Sumqayıt" hazırkı legionerlərdən bir neçəsini komandada yeni mövsüm üçün saxlamaq istəyir. 

Bizim.Media xəbər verir ki, “kimyaçılar” Masaka Muratanın xidmətində maraqldıır.

Belə ki, “gənclik şəhəri” təmsilçisinin rəhbərliyi yaponiyalı futbolçuya müqavilə müddətini artırmağı təklif edəcək. Asiyalının yeni mövsüm üçün komandada qalmaq istədiyi iddia edilir.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi Latviyanın “Valmeyra” klubundan “Sumqayıt”a keçmişdi. Əlavə edək ki, "Sumqayıt" yayda Bolqarıstanın "ÇSKA 1948" klubundan icarəyə götürülən Oktavio Manteka ilə yoluna davam etməyəcək.

Rəşaq Rafiqoğlu, Bizim.Meia
 

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla