AZ

Azərbaycanda klubları SEVİNDİRƏCƏK XƏBƏR – Artımı gözləyin,..

Premyer Liqada iştirak edən klublara ayrılan yardım paketinin növbəti mövsümdən etibarən artırılması gözlənilir.

Bu barədə AFFA-dan redaksiyamıza yeni məlumat daxil olub.

Federasiyadan əldə etdiyimiz informasiyaya görə, minimum artıq 300 min manat civarında nəzərdə tutulur. Bu, yekun rəqəm deyil.

Mümkündür ki, bu rəqəmə təkrar baxılsın və əlavə artıma razılıq verilsin. Hər halda İcraiyyə Komitəsi mayda bir araya gələcək və orada sözügedən məsələ də müzakirəyə çıxarılacaq.

300 min manatlıq artım klubların vergi yükünü nisbətən azaldacaq. Bilindiyi kimi, 2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsində dəyişiklik edilib.

Bu dəyişikliyə əsasən, mikro sahibkarların gəlir vergisinin məbləği 5 faizdən 20 faizə qədər artırılıb.

Bu ilin əvvəlində məcəlləyə edilən dəyişikliklə klubların xərci bir qədər də artıb. Artıq AFFA-nin verdiyi aylıq 300 min manat çatmır.

SPORTİNFO.AZ

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla