AZ

"Göygöl Şərab Zavodu" işçilər axtarır - VAKANSİYALAR

Göygöl Şərab Zavodu ASC

Əmək haqqı üzrə mühasib

Son tarix 23 may 2024 - [email protected]

Əmək funksiyası:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqqılarının hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasını təmin etmək;
  • Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin etmək;
  • Əmək haqqına dair sorğu və sualların cavablandırılmasını həyata keçirmək.
  • Əmək haqqı kartlarının sifariş olunması
  • DSMF tərəfindən ödənilən müavinətlərin elektron hökumət sistemində işlənməsi;
  • Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır;
  • Vahid rüblük hesabatın (DSMF)  və statistika hesabatlarının təqdim olunması.
  • İşçi məlumatlarının düzgün axını və saxlanmasını təmin etmək müvafiq şöbə/departamentlər arasında koordinasiya cavabdeh olmaq (o cümlədən ətraflı hesabatların hazırlanması/paylanması, məsələn, iş saatları, əlavə iş, məzuniyyət balansları, işçilərin sayı və s.);
  • Əmək haqqı, şirkətin kadrlar büdcəsi və xərcləri haqqında müvafiq departamentə hesabat vermək üçün məlumatları hazırlamaq;
  • Əmək haqqı və tabel cədvəli üzrə audit fəaliyyətlərində köməklik göstərmək;

Tələblər:

  • Ali təhsil ;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • MS Office və 1C proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər;
  • Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi üzrə biliklər;
  • Elektron Hökümət Portalı üzrə biliklər;
  • Əmək haqqının hesablanması üzrə praktiki biliklər;
  • Əmək haqqı işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi üzrə biliklər.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Əmək haqqı üzrə mühasib yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

 

İstehsal və material üzrə mühasib

 Son tarix 23 may 2024 [email protected]

Əmək funksiyası:

  • İstehsalın mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
  • Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
  • Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmərilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
  • Məhsulların reseptura maya dəyərinin hesablanması və faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
  • Aylıq faktiki göstəricilərin (istehlak və itki) plan göstəriciləri ilə müqayisəsi;
  • Aylıq istehlak olunan məhsulların maya dəyərinin düzgün formalaşmasını təmin etmək və 1C fərqlərin nəzarəti;
  • İstehsalat işçilərinin əmək haqqının və kommunal xərclərin müəyyən edilməsi və sistemə daxil edilməsi;
  • Aylıq istehsal olunan məhsulların tam maya dəyərinin system üzərindən formalaşdırılmasına nəzarət;
  • Sistemdə istehsal sahələri tərəfindən yazılan əməliyyatları mütəmadi olaraq yoxlamaq və sənədləri təqdim etmək;
  • Gündəlik istehsalla bağlı maliyyə sualların cavablandırılması;
  • Mühasibat sənədlərinin olduğu kimi saxlanmasını təmin etmək, müəyyən edilmiş qaydada arxivə təhvil vermək;
  • Təchizat tərəfindən təmin olunan mal materialların, anbara təhvil verilməsi proseduruna nəzarət, 1C üzərindən dəyərlərin və sayların son sənədlərlə üzləşdirilməsi və fərqlərin aradan qaldırılması
  • Rəhbərliyin istehsal və mal material mühasibatlığı üzrə digər tapşırıqlarınıın yerinə yetirilməsi

Tələblər:

  • Ali təhsil (iqtisadi/maliyyə sahələrdə olması vacibdir);
  • İstehsalat üzrə mühasib kimi minimum 2 il təcrübə;
  • Azərbaycan dilini mükəmməl bilməli;
  • 1C və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Yerli və beynəlxalq maliyyə/mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
  • Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “İstehsal və material üzrə mühasib yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.

 

 

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla