AZ

Musiala üçün daha bir müştəri

“Bayern” üçün Camal Musialanı heyətində saxlamaq daha da çətin olacaq. İndiyədək yarımmüdafiəçini yalnız “Mançester Siti” heyətinə qatmaq istəyirdisə, artıq “Çelsi” də rəqabətə qoşulub.

Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü məhz “şəhərlilər”in düşərgəsinə yollanmaq istədiyindən münhenlilərlə mövcud müqaviləsinin müddətini uzatmaq istəmirdi. Bundesliqa klubu istedadlı futbolçunu daha sonra azad agent kimi itirməmək üçün satmağa məcbur idi və mançesterlilər də bazarlığa hazırlaşırdı.

İndi “Çelsi”nin də rəqabətə qoşulması “Bayern”i daha çətinə salıb. Amma eyni zamanda münhenlilər Musialanı baha qiymətə satmaq imkanı əldə edib. Müştəri sayı çoxaldıqca almanlar təkliflərin daha yaxşısını qəbul etməyə çalışacaq.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla