AZ

Çində "iPhone" satışları kəskin AZALDI

Mütəxəssislər Çində "iPhone" satışlarında kəskin azalma qeydə alıblar.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, ilin birinci rübündə “Apple” smartfonlarının satışı 19,1 faiz azalıb. Bu, ilk növbədə, eyni dövrdə satışları 69,7 faiz artıran “Huawei” korporasiyasının yerli bazardakı uğuru ilə bağlıdır.

Bu, əsasən "Huawei Mate 60" seriyalı smartfonların buraxılması ilə əlaqədardir.

Ümumilikdə, ilin ilk üç ayında Çində smartfon satışları illik müqayisədə 1,5 faiz artıb.

Yusif EYVAZLI

Seçilən
56
2
Mənbələr
Şərh ()
Bağla