AZ

Çin son il yarımda ilk dəfə Rusiyaya avadanlıq tədarükünü azaldıb

Martın sonunda Çin Rusiya bazarına 2,9 milyard dollar dəyərində avadanlıq, mexanizm və ehtiyat hissələri tədarük edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 15% azdır. 

Valyuta.az xəbər verir ki, bu barədə RBC Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən yazır.

Çinin Rusiya Federasiyasına bu kateqoriyalı mallar ixracı təxminən bir il yarımda ilk dəfə azalıb. Sonuncu dəfə azalma 2022-ci ilin dekabrında qeydə alınıb. Sonra dəyər illik 11% azalıb.

Bundan əvvəl məlum olub ki, ÇXR Rusiyadan kömür alışını azaldıb. Ötən ay Rusiya xammalının Çinə idxalı 2023-cü ilin mart ayı ilə müqayisədə 21,6% azalaraq 881 milyon dollar dəyərində 6,92 milyon ton təşkil edib.

Çindən Rusiyaya yükdaşıma sanksiyalara görə ilin əvvəlindən 10% azalıb.

Nicat

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla