İsrail İslam Respublikasına hücum edərsə, ondan “heç nə qalmayacaq”.
Editor.az bildirir ki, bu barədə İran prezidenti İbrahim Rəisi Pakistanın Lahor Universitetində tələbələr qarşısında çıxışı zamanı bildirib: “İsrail yenidən səhv edib İran ərazisinə hücum edərsə, tamamilə fərqli nəticələrlə üzləşəcək və İsraildən nəyinsə qalıb-qalmayacağı bəlli deyil”, – İbrahim bildirib.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsrailə doğru 300-ə yaxın raket və pilotsuz uçan aparat atıb.
Bu zərbə İranın Dəməşqdəki konsulluğuna edilən və beş İran əsgərinin öldürüldüyü hücuma cavab idi. İsrail Müdafiə Qüvvələri İranın 14 aprel zərbəsində hədəflərin 99%-nin tutulduğunu bildirib. İran cavab hücumunda “daha böyük güclə” zərbə endirəcəyini vəd edib.
//Samir Qurbanov, Editor.az