AZ

Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsi onların strateji xarakterinin göstəricisidir - İqor Korotçenko

Bakı. Trend:

Azərbaycan-Rusiya münasibətlərinin hazırkın səviyyəsi onlarınstrateji xarakterinin göstəricisidir.

Bu barədə Trend-ə Xəzər Strateji Araşdırmalar İnstitutunun(Rusiya) baş direktoru İqor Korotçenko deyib.

"Hazırda Rusiya-Azərbaycan münasibətləri müstəsna olaraq uğurlainkişaf edir. Bu, siyasət, iqtisadiyyat və regionlararasıəməkdaşlığa aiddir. Bütünlükdə iki ölkənin münasibətlərinin əsastəməlini, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putintərəfindən 2022-ci ildə imzalanmış müttəfiqlik münasibətlərihaqqında bəyannamə təşkil edir.

Bu, hazırda Rusiya-Azərbaycan münasibətlərinin təməlində duranəsas sənəddir. Münasibətlərin hazırkı səviyyəsi bunun, həqiqətən,strateji, müttəfiq və tərəfdaş münasibətləri olduğunu deməyə imkanverir", - deyə o bildirib.

Onun sözlərinə görə, bu gün Moskva və Bakı arasındaticari-iqtisadi əməkdaşlıq aktiv şəkildə inkişaf edir.

"Bu planda qarşıda bir o qədər möhtəşəm perspektivlər, ocümlədən, Rusiyanın şirkət və təşkilatlarının Qarabağın bərpasındamümkün iştirakını görürük. Fikrimcə, Rusiyanın biznesnümayəndələrindən bu möhtəşəm proqramda iştirak etmək istəyənçoxdur. Şübhəsiz ki, bu, hamının yalnız xeyrinə olacaq", - deyəKorotçenko vurğulayıb.

O, publik və ictimai diplomatiya, ekspert əlaqələri sahəsindəmünasibətlərin də aktiv şəkildə inkişaf etdiyini qeyd edib.

"Bu planda, əlbəttə, bir daha vurğulamaq lazımdır ki, bu günbeynəlxalq səviyyədə nüfuzlu oyunçu olan Azərbaycanın Rusiyanıngözündə dəyəri, şübhəsiz, daimi olaraq qalır. Əlbəttə ki, Prezidentİlham Əliyev və Prezident Vladimir Putinin zamanla və belə desək,dünyadakı çox mürəkkəb müasir vəziyyətdə sınanmış şəxsimünasibətləri bizdə qarşılıqlı hörmət hissinin olduğunu vəmünasibətlərimizin inkişafının hər iki xalqın xeyrinə olacağınıdeməyə əsas verir", - o deyib.

Cənubi Qafqazda hazırkı vəziyyətdən danışan Korotçenko bu günregionda yeni reallıqların formalaşdığını qeyd edib.

"Bunlar ötən ilin sonunda Azərbaycanın antiterror əməliyyatlarızamanı öz ərazi bütövlüyünü və suverenliyini bütünlüklə bərpaetməsindən ibarətdir. Qarabağdakı separatçı rejim isə özünüburaxdı. Nəticədə, Qarabağda yaşayan erməni əhali Azərbaycancəmiyyətinə reinteqrasiya etmək əvəzinə, könüllü olaraq Ermənistanagetməyə qərar verdi.

Bu, onların şəxsi, azad və könüllü seçimi idi. Bununla əlaqədarolaraq, baş verən dəyişiklikləri qeydə alaraq, bu gün Rusiyanınsülhməramlı kontingentinin Qarabağdan çıxarılması həyata keçirilir.Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il tarixli üçtərəflibəyanata əsasən, üzərlərinə qoyulmuş bütün funksiyalarıdürüstcəsinə və ləyaqətlə yerinə yetirdi. Bu gün onlar Rusiyayagedirlər. Azərbaycan isə Qarabağda təhlükəsizlik və hərbitəhlükəsizlik məsələləri ilə bütünlüklə özü məşğul olacaq", - deyəo əlavə edib.

Korotçenko bu gün Qərb aktorlarının, ilk növbədə Ermənistandamöhkəmlənməyə çalışan ABŞ, Fransa və bütünlükdə Avropa İttifaqının(Aİ) aktiv təsirinin müşahidə olunduğunu vurğulayıb.

"Bunlar həm də aprelin 5-də Brüsseldə Ermənistanın baş naziriNikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon derLyayen və ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkeniniştirakı ilə keçirilən danışıqlardır. Lakin Ermənistanı CənubiQafqazda NATO-nun maraqlarından çıxış edəcək "Troya atı"na çevirməkcəhdləri artıq yeni reallıqdır.

Regiondan kənar aktorların məqsəd və vəzifələri regiondavəziyyətin destabilizasiyası, eləcə də, Azərbaycan və Ermənistanarasında ədalətli şərtlərdə sülh sazişi imzalamağa imkan verməməkcəhdləridir. Qərbin praktik siyasəti belədir", - o deyib.

Ekspertin fikrincə, xüsusən Fransa tamamilə məsuliyyətsizcəsinəErmənistanı yeni hərbi təxribatlara təhrik etməklə destruktivfəaliyyət göstərir.

"Bundan başqa, fransalılar və amerikalılar artıq Ermənistanordusu üçün öz silahlarını tədarük etməyə başlayıb. Bu, həmçinin,regionun mühitinə və gələcəyinə olduqca mənfi təsir göstərəcək. Buplanda, əlbəttə, düşünürəm ki, İrəvan və Bakı arasında vaxtiləPrezident İlham Əliyev tərəfindən irəli sürülmüş sülh prinsiplərinədair beş şərtdə sülh sazişinin ən qısa zamanda imzalanmasına imkanyaratmaq məqsədilə Azərbaycan və Ermənistan arasında obyektiv vədürüst vasitəçi olaraq çıxış etmək Moskva üçün son dərəcəvacibdir", - Korotçenko deyib.

"Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin Rusiya üçünəhəmiyyətini qeyd edən Korotçenko Qərbin genişmiqyaslısanksiyalarına məruz qalan Rusiya iqtisadiyyatı üçün bu nəqliyyatdəhlizinin işləməsinin və dayanıqlı fəaliyyətinin mühüm əhəmiyyətkəsb etdiyini vurğulayıb.

"Bununla yanaşı, Rusiya Ermənistanın Zəngəzur nəqliyyatdəhlizinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməsinintərəfdarıdır, hərçənd hazırda İrəvanın ABŞ və Fransanın dəstəyiləbu layihəni həyata keçirməkdən qəti şəkildə imtina etdiyinigörürük, hərçənd bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərininimzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cubəndi ilə nəzərdə tutulub", - o deyib.

İqor Korotçenko qeyd edib ki, Rusiya və Azərbaycan məsuliyyətdaşıyan ölkələr olaraq Cənubi Qafqazda təhlükəsizlik və sabitlikməsələləri ilə əlaqədar mənfi tendensiyalarla mübarizə aparmağınlazım olduğunu çox gözəl bilirlər.

"Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya PrezidentiVladimir Putinlə danışıqlara başlamazdan əvvəl Rusiyanın CənubiQafqazda təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığınıvurğulayıb. Əlbəttə ki, fikrimcə, bu baxımdan, Cənubi Qafqazdamaraqları olan ən azı dörd ölkənin sıx koordinasiyasızəruridir.

Bunlar NATO-nun tamhüquqlu hərbi bazalarının Ermənistanərazisində yerləşdirilməsinə mane olmaq və qarşısını almaqməqsədilə Rusiya, Azərbaycan, Türkiyə, İrandır. Əfsuslar olsun ki,bu gün hər şey bu istiqamətdə gedir. Nəzərinizə çatdırmaq istərdimki, məsələn, İrəvan KTMT-nin fəaliyyətində iştirakını dondurmaqlayanaşı, həm də Rusiya və Ermənistan arasında müttəfiqlikəlaqələrinin mahiyyətini də şübhə altına alır. Rusiya sərhədçiləriartıq Zvartnotsdan çıxarılıb. Görünür, qarşıda Ermənistanərazisində Rusiyanın hərbi iştirakının məhdudlaşdırılması üçün dəanaloji tədbirlər görüləcək", - o deyib.

Korotçenkonun fikrincə, bununla əlaqədar olaraq, bütün regionölkələri mövcud bütün imkanlardan istifadə edərək, Ermənistana izahetməlidir ki, Qərbin maraqları üçün vasitəçi olmağa dəyməz, çünkibu, regionda yalnız xaosa səbəb olacaq və Ermənistanın özününtəhlükəsizliyinə və iqtisadi rifahına olduqca zərərli təsirgöstərəcək.

"Bütünlükdə, təbii ki, biz Rusiyada Kremldəki danışıqlarıdiqqətlə izlədik. Bir daha ölkəmizin böyük dostu, etibarlıtərəfdaşı olan Prezident İlham Əliyevin Rusiyaya səfərinialqışlayırıq. Yeri gəlmişkən, dünən keçirilən tədbirlərdən biri dəBaykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə yaddaqalangörüşün keçirilməsi oldu. Məlum olduğu kimi, hazırki AzərbaycanPrezidentinin atası Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrininbirinci müavini olmaqla Sovet İttifaqının bu ən mühüm infrastrukturmagistral layihəsinin uğurla həyata keçirilməsində əsas roloynayıb", - deyə o əlavə edib.

İqor Korotçenko, həmçinin, qeyd edib ki, bu, müasir dövrüngörkəmli siyasətçisi, Rusiyada rəğbətlə anılan, sevilən, hörmətedilən və Rusiya dəmiryol nəqliyyatı işçiləri arasında, eləcə də,dövlət təhlükəsizlik orqanlarının rus əməkdaşları arasında hələ dəböyük nüfuza malik olan Heydər Əliyevə bir daha ehtiramınıbildirmək üçün bir fürsət oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla