AZ

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb.

BiG.AZ xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib.

Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumlarına məruz qalıb.


BiG.Az
Seçilən
105
20
Mənbələr
Şərh ()
Bağla