AZ

Dünya Güləş Birliyi Turan Bayramov - Frank Çamizo görüşü barədə qərar verdi

Dünya Güləş Birliyi Turan Bayramov - Frank Çamizo görüşü barədə qərar verib. 

Offsideplus.az xəbər verir ki, "UWW" oyunu idarə edən hakimlərin səhvə yol verdiyi ilə bağlı bəyanat yayıb. Qərara əsasən, Roman Pavlov və İbrahim Cicioğlu 2024-cü ilin dekabrına qədər turnirlərdən uzaqlaşdırılıb. Ali Sayvanın cəzası 2024-cü il 30 sentyabra qədər, Aleksey Bazulində isə 30 iyunadəkdir. Kamel Buaziz və Keysi Qoessl 30 iyuna qədər referilik edə bilməyəcək. 

Qurum Turan Bayramovun qələbəsi ilə bağlı qərara dəyişiklik etməsə də, fransız güləşçiyə İstanbulda keçiriləcək təsnifat turnirində iştirak şansı verib. 

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla