AZ

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

Misli Premyer Liqasında mövsüm sona yaxınlaşır.

Futbolinfo.az xəbər verir ki, “Sabah” bu şənbə növbəti ev matçına çıxacaq.

Rəqib “Səbail”dir. “Sabah”ın sponsorları mövsümün ən həlledici anlarını azarkeşləri üçün daha maraqlı və yaddaqalan etmək istəyirlər. Belə ki, “Sabah”ı stadiondan dəstəkləməklə, sponsorlar tərəfindən “IPhone 15” və digər qiymətli hədiyyələr qazanmaq imkanı əldə edə bilərsiniz!

“Sabah” – “Səbail” oyununa gəl, futboldan həzz al, hədiyyələr qazan!

Oyun aprelin 27-də saat 18:00-da “Bank Respublika Arena”da keçiriləcək. Matçdan iki saat əvvəl stadionun ərazisində fan zona fəaliyyət göstərəcək.

Biletləri bu gündən etibarən “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

Seçilən
69
4
Mənbələr
Şərh ()
Bağla