İngiltərənin \"Aston Villa\" klubu baş məşqçisi Unay Emeri ilə müqavilənin müddətini uzadıb.
AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bu barədə \"The Athletic\" nəşri məlumat yayıb.
Onun yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Daha əvvəl \"Barselona\" və \"Bavariya\"nın mütəxəssislə maraqlandığı bildirilib.
Qeyd edək ki, Unay Emeri 2022-ci ildən \"Aston Villa\"da işləyir.