AZ

İmişlidə "Mercedes" marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub:anbaan görüntülər VİDEO

İmişlidə

İmişli, 23 aprel, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə yol nəqliyyat hadisəsi baş verib, idarəetmədən çıxan minik avtomobili marketə çırpılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişli şəhəri Koroğlu küçəsində qeydə alınıb. İdarəetmədən çıxan "Mercedes" markalı minik maşını marketə çırpılıb. Hadisədən bir neçə saniyə öncə market qarşısından keçən yeniyetmə son anda qəzadan xilas olub. Qəza zamanı xəsarət alan olmasa da marketin giriş hissəsi dağılıb və nəqliyyat vasitəsi zədələnib. Qəzanın baş verməsi anbaan təhlükəsizlik kamerasına düşüb.

Görüntüləri təqdim edirik.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla