AZ

“Xaricdən gələn qonaq mətah olur” - Xalq artisti

Xaricdən gələn qonaq mətah olur, başına dolanırlar,  bahalı hədiyyələr verilir, qaldırıb baş üstə gəzdirirlər. Eyni hörmət özümüzün aktyorlarımıza niyə edilmir?

Bu fikirləri Hit.az-a Xalq artisti, aktrisa Naibə Allahverdiyeva səsləndirib.

“İmkansızlığa görə sənətini atıb gedən o qədər istedadlı aktyor var bu ölkədə. Kimin tanışı var irəli çəkirlər, hərə özünə bir mafiya qrupu yaradıb. Ancaq onları filmlərə çəkirlər. Verdikləri pul da bir pul deyil. Xeyriyyəçilik edib xaricdən gətirilən aktyorlara verilən pulun, hədiyyənin yarısını özümüzünkülərə versələr, hamı dolanar. Aktyor toy aparmır, şənliklərdə klounluq eləmir, bir səhnəsi var bir də alqışları. Xaricdən gələnlərə maşın, ev, pul bağışlayırlar, bizimkilərə də sertifikat və oyuncaq diplom”,- deyə o bildirib.

Murad

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla