AZ

Borc davası zamanı çubuqla döyülüb öldürüldü

Borc davası zamanı çubuqla döyülüb öldürüldü

Qaziantepdə borc məsələsi zəminində çıxan davada 47 yaşlı Devrim Keleş çubuqla döyülərək öldürülüb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə gecə saatlarında Şehitkamil rayonunun Boyno rayonunda baş verib. Narkotik aludəçisi olduğu iddia edilən Devrim Keleşlə bir qrup şəxs arasında borc məsələsinə görə mübahisə düşüb.

Mübahisənin böyüməsi ilə Keleş naməlum şəxslər tərəfindən çubuqla döyülüb. Şehitkamil Dövlət Xəstəxanasına aparılan Keleşin həyatını xilas etmək mümkün olmayıb.

Asayiş Şöbə Müdirliyi qrupları davada iştirak etdikləri şübhəli bilinən 4 nəfəri nəzarətə götürüb. İstintaq davam edir.

Seçilən
85
3
Mənbələr
Şərh ()
Bağla