AZ

Azərbaycanla bağlı kritik durum: Prezident də Paşinyanı dəstəklədi

Ermənistanın radikal müxalifəti başlayan delimitasiya prosesini əngəlləmək gücündə deyil.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistanın radikal müxalifətinin Baş nazir Nikol Paşinyanın 4 kəndi Azərbaycana qaytarması qərarına müqavimət göstərməyə taqəti qalmayıb. Müxalifət sözdə Paşinyanı “satqınlıq”da ittiham etsə də, İrəvanda izdihamlı etiraz mitinqi keçirmək iqtidarında deyil. Cəmiyyət yorulub. Tavuş bölgəsində kiçikmiqyaslı etirazlar bir neçə gündən sonra səngiyəcək. Ermənistan cəmiyyətinin əksər hissəsi Paşinyan kimi düşünür: Azərbaycanla məsələlərin həllini istəyir.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da Paşinyanın əlini gücləndirib. Prezident Ermənistan hökumətinin Azərbaycanla son razılaşmasını alqışlayıb”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla