AZ

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Bakı, 23 aprel, AZƏRTAC

Çox yaxşı mövsüm keçirdik. Bunun da bəhrəsini gördük.

Bu sözləri AZƏRTAC-a açıqlamasında finalda "Abşeron"a (3:1) qalib gələrək qızıl medallara sahib çıxan “Azərreyl” voleybol komandasının kapitanı Aynur İmanova deyib.

O, həlledici oyunda məğlub etdikləri rəqibin güclü olduğunu bildirib: “Özünüz də gördünüz ki, onlar sonadək mübarizə apardılar. Həqiqətən də "Abşeron" yaxşı oyunçulardan ibarət komandadır. Ümumiyyətlə, bu mövsüm Yüksək Liqada çıxış edən rəqiblərdən heç biri zəif deyildi. Biz onlara qarşı eyni tərzdə yanaşırdıq. Hər kəs öz bacardığını meydanda göstərməyə çalışdı. Güclü olan kuboku qazandı. Xoşbəxtəm ki, bu çempionluğu biz əldə etdik".

Təcrübəli blokçu gələcək hədəfləri barədə də danışıb: “İndidən nəsə demək tezdir. Hələ ki, bu barədə heç nə bilmirəm. Hər şeyi gələcək göstərəcək".

Qeyd edək ki, "Azərreyl" ötən mövsüm də Azərbaycan çempionu olmağı bacarıb.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla