AZ

Britaniya müdafiə sənayesini müharibə rejiminə keçirəcək

Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Böyük Britaniya müdafiə sənayesini hərbi rejimə keçirəcək.


Oxu24.com  xəbər  verir  ki, onun sözlərinə görə, 2030-cu ilə qədər Böyük Britaniya hər il ÜDM-in 2,5%-ni hərbi ehtiyaclara və ya ən azı 87 milyard funt-sterlinq xərcləyəcək.

 

“Britaniya Soyuq Müharibədən bəri ən təhlükəli olan dünyada sakit qala bilməz. Biz Britaniya müdafiə sənayesini müharibə rejiminə keçirəcəyik”, – Rişi Sunak Polşaya səfəri zamanı 1-ci Varşava Zirehli Briqadasının qərargahında NATO rəhbəri Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.

 

Baş nazirin sözlərinə görə, Ukraynaya 622 milyon dollar yardıma 400 ədəd texnika, 400 milyon patron, hava hücumundan müdafiə sistemləri və "Storm Shadow" raketləri daxildir.

 

Rişi Sunak həmçinin əmin edib ki, gələcəkdə Ukraynaya ehtiyacı olduğu müddətdə minimum indiki səviyyədə hərbi dəstək veriləcək.

 

Nigar

 

Seçilən
36
20
Mənbələr
Şərh ()
Bağla