AZ

“Bi-2” rok qrupuüzvləri Moldova vətəndaşlığı istəyiblər

...“Bi-2” rok qrupunun üç üzvü ailələri ilə birlikdə Moldova vətəndaşlığı üçün müraciət edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Respublika Prezidentinin Nazirlər Kabinetinin rəhbəri Adrian Balutel özünün Telegram kanalında məlumat verib. ...Qeyd edək ki, musiqiçilərdən hansının Moldova pasportu istəməsi barədə məlumat verilmir.

Eyni zamanda, Balutsel “Bi-2” qrupunun Şərqi Avropada müxtəlif nəsillər tərəfindən çox sevildiyini və hörmət edildiyini, çox populyar olduğunu, musiqiçilərin əsl istedada malik olduğunu vurğulayıb.

“Vətəndaşlıq almaq üçün ərizə prezident Maia Sanduya göndəriləcək, sənədlərə “Moldova Respublikasının maraqları naminə vətəndaşlığın verilməsi” proseduruna uyğun olaraq baxılacaq”, - deyə rəsmi qeyd edib.

Bundan əlavə, prezident kabinetinin rəhbəri Moldovada mədəniyyət və vətəndaş əlaqələrini inkişaf etdirənlər üçün həmişə yer olduğunu deyib.

Bundan əvvəl “Bi-2” qrupunun xaricdəki bəzi konsertlərinin ləğvi ilə bağlı xəbər yayılıb. Xüsusilə, fevral ayında musiqiçilər Türkiyədə çıxışlarına qoyulan qadağalardan şikayətləniblər.

Nazlı

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla