AZ

“Azərreyl”in baş məşqçisi çempionluğu Türkiyə və Azərbaycan şəhidlərinə həsr edib

“Çox sevinciliyik”.

İdman.biz xəbər verir ki, bunu qadınlardan ibarət “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme deyib.

Türkiyəli mütəxəssis bildirib ki, həm kişi, həm də qadınlardan ibarət komandaları çempion olduqları üçün çox xoşbəxtdir: “Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunur. Bu çempionluğu hər kəsə, xüsusilə də Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinə ərməğan edirik. “Azərreyl”in hər zaman məqsədləri böyük olub. Artıq avrokubokdakı hədəflərimiz isə yüksəkdir”.

Qeyd edək ki, “Azərreyl” Azərbaycan çempionatının finalında “Abşeron”a 3:1 hesabı ilə qalib gələrək titulunu qoruyub.

Banuçiçək Hüseynli
İdman.biz

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla