AZ

Göygöldə "Yol hərəkəti qaydalarını öyrənək və əməl edək" mövzusunda tədbir keçirilib - FOTO

Piyada təhlükəsizliyi həftəliyi çərçivəsində Baş DYP İdarəsi tərəfindən məktəblilərlə tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, piyada təhlükəsizliyi həftəliyi çərçivəsində Baş DYP İdarəsi Göygöl Rayon Polis İdarəsinin DYP bölməsinin əməkdaşları ilə birgə Göygöl şəhər 1 saylı tam orta məktəbində "Yol hərəkəti qaydalarını öyrənək və əməl edək" mövzulu tədbir təşkil edilib. Tədbirdə yol hərəkəti qaydaları ilə bağlı müxtəlif səhnələr təşkil edilmiş, əməkdaşlarımız tərəfindən məktəbli uşaqlara mövzu ətrafında ərraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda tədbir iştirakçılarına müxtəlif hədiyyələr və sertifikatlar təqdim edilib.

FOTO QALEREYA
Seçilən
57
1
Mənbələr
Şərh ()
Bağla