AZ

Rusiyada terrorda şübhəli bilinən şəxs həbs edilib

Rusiyada  əldəqayırma partlayıcı qurğu ilə saxlanılan və terror aktı hazırlamaqda ittiham olunan Bryansk sakini məhkəmənin qərarı ilə həbs edilib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə aprelin 23-də Bryansk vilayətinin ümumi yurisdiksiya məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

 

“Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində 2024-cü il iyunun 21-dək həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.

 

Həmin şəxs terror fəaliyyətinə şərait yaratmaqda və Rusiya Federasiyasında terrorçu kimi tanınan təşkilatın fəaliyyətində iştirakda ittiham olunur.

 

İstintaqın məlumatına görə, o, Bryansk vilayətinin ərazisində terror aktı törətmək üçün PUA-nı anbardan götürərək cinayətkarlara təhvil vermək barədə kuratordan göstəriş alıb.

 

Aprelin 23-də səhər saatlarında Rusiya FTX-nin Bryansk vilayəti üzrə idarəsinin əməkdaşları anbardan partlayıcı maddələr götürdükdən sonra terrorçunun şərikini cinayət başında saxlayıblar.

 

Nigar

 

Seçilən
139
29
Mənbələr
Şərh ()
Bağla