Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir.
Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur.
Bakıda isə supermarketlərdə xiyarın bir kiloqramı 2-5 manata satılır.
BiG.Az