AZ

"İlham Əliyevin Rusiya səfəri ikili və regional münasibətlər baxımından çox önəmlidir" - Ekspert

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Moskvada səfərdə olub. Dövlətimizin başçısı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Prezidentlər iki ölkə arasındakı münasibətləri müzakirə edib, regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdən danışıblar.

Ölkə Prezidentinin səfəri haqqında Redaktor.az-a danışan siyasi ekspert Samir Hümbətovun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxmasından sonra Azərbaycan Prezidentinin Rusiya səfəri həm ikili münasibətlər baxımından, həm də regional münasibətlər baxımından çox önəmli bir səfər kimi dəyərləndirilə bilər:

"Çünki bu səfərin detallarına baxdıqda görürük ki, həm tərəflər arasında 22 fevral 2022-ci ildə Müttəfiqlik Bəyannaməsinə uyğun olaraq əlaqələrin inkişaf etdirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, sülhməramlıların Azərbaycanın Qarabağ bölgəsindən çıxmasından sonra bölgədə yaranmış mövcud durumla bağlı tərəflər arasında müzakirə aparılıb. Mən hesab edirəm ki, bu səfər çərçivəsində həm də regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə predmetinə çevrilib. Çünki tərəflərin ən çox diqqət etdiyi məsələ, qeyri-region dövlətlərinin və ya qeyri-region güc mərkəzlərinin Cənubi Qafqazla bağlı, xüsusən də son dövrlər atdığı addımların regiona təsir elementlərinin nə dərəcədə olub-olmaması və bunun regionun gələcəyinə hansı formada təsir etməsi məsələsinin müzakirəsidir. Bilirik ki, 15 apreldə Avropa İttifaqı, Ermənistan və ABŞ arasında üçtərəfli pakt imzalandı. Bu, o deməkdir ki, region dövlətlərinin əlindən qeyri-region dövlətlərinə daxil olma prosesi baş verir. Yaxud da daxil olmuş qeyri-region dövlətlərin münasibətlərinin genişləndirilməsi prosesi gedir. Amma bir də nəzərə almaq lazımdır ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi də gündəmdədir. İndi ona təsir elementləri, Rusiyanın bu məsələdəki mövqeyi, eyni zamanda Qərbin mövqeyi və s. bunların da burada öyrənilməsi daha önəmlidir. Bu baxımdan düşünürəm ki, bu səfərdə əsas qeyd etdiyim məsələlər daha çox qabardılmış formada həm müzakirə predmeti olur, həm də belə deyək ki, gələcək üçün əsas konsepsiya rolunu oynayır".

Humay İSGƏNDƏRLİ

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla