AZ

Ceyms Şarp: “Rusiya sülhməramlılarının regionu tərk etməsi müsbət haldır”

"Azərbaycan və Ermənistan arasında son razılaşma, dörd kəndin qaytarılması çox müsbət haldır. Artıq tərəflər birbaşa bir-biri ilə kommunikasiya halındadır, bu isə sülh prosesindəki irəliləmə üçün müsbət haldır”.

Bizim.Media xəbər verir ki, bunu ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında bildirib.

O, Rusiya sülhməramlılarının regionu tərk etməsini müsbət hal kimi qiymətləndirib:

“Xatırlayıram ki, 2020-ci ilin noyabrında atəşkəs imzalanan zaman hər kəs sevinirdi, amma Rusiya qüvvələrinin Azərbaycan ərazisinə daxil olmasından məmnun deyildilər. İndi onların Azərbaycanı tərk etməsi müsbət haldır. 

Düşünürəm ki, sülh sazişi istiqamətində müsbət addımlar davam edəcək. Ümidvarıq ki, bundan sonra da tərəflər birbaşa təmas üçün vasitəçisiz mexanizm yaradacaqlar”.

Məhərrəm Əliyev, Bizim.Media
 

Seçilən
103
50
Mənbələr
Şərh ()
Bağla