AZ

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

ABŞ Ukraynaya 1 milyard dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, bu hərbi yardım paketi Ukrayna və İsraillə bağlı qanun layihəsi hesabına maliyyələşdiriləcək .

Bundan bir qədər əvvəl CNN telekanalının yaydığı məlumata görə, ABŞ-ın yeni hərbi yardım paketi çərçivəsində Kiyevə təhvil verməyi planlaşdırdığı bəzi avadanlıq və əşyalar artıq Avropa ölkələrinin ərazisindədir.

Xatırladaq ki, aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 61 milyard dollar dəyərində yeni yardım paketinin ayrılması ilə bağlı qanun layihəsini qəbul edib .

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla