"Tesla" qlobal miqyasda avtomobil qiymətlərini endirib.
Valyuta.az xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla", avtomobillərə tələbatların azalmasından azalmasından sonra dünya üzrə qiymətləri endirib.
Elektrikli avtomobil istehsalçısı Çində "Model 3"ün başlanğıc qiymətini 14 000 yuan azaldaraq 231 900-nə (32 000 dollar) endirdiyini bildirib. Almaniyada isə eyni modelin qiymətləri fevraldan sonra 42 990-dan 40 990 avroya (43 670,75 dollar) düşdüyü bildirilib.
"Tesla" sözçüsü bildirib ki, qiymət endirimləri Avropa, Yaxın Şərq və Afrikanın bir çox başqa ölkələrində də müşahidə olunub.
Elmir