AZ

Rusiyanın reaktiv raket daşıyıcısı Qərb raketlərini üstələyir

Rusiyanın

Rusiyanın “Angara-A5B” reaktiv raket daşıyıcısının təkrar istifadə edilə bilən versiyası aşağı Yer orbitinə (LEO) 27 ton yük çıxara biləcək ki, bu da Qərb raketlərindən 10 ton daha çox yük çatdırmaq deməkdir.

Reyting.az
Rusiya mətbuatına istinadla bildirir ki, bunu mərkəzin baş direktoru Aleksey Varoçko bildirib.

Tərtibatçıların sözlərinə görə, “Angara-A5V”-nin iqtisadi effektivliyini başa düşmək üçün 10 buraxılış lazımdır.

Məlumata görə, müasir raketlərin ən populyarı “Falcon 9” LEO-ya təxminən 22,8 ton atma qabiliyyətinə malikdir ki, bu da ağır daşıyıcı raketlər sinfinə uyğundur. Bununla belə, bu yük tutumu yalnız birdəfəlik versiyada mümkündür. Yenidən istifadə edilə bilən “Falcon 9” orbitə əhəmiyyətli dərəcədə az, yəni 17,5 ton yük çıxara bilər.

Güman edilir ki, “Anqara-A5V” raketinin hidrogen üçüncü pilləli versiyası birdəfəlik 37,5 ton ağırlığında yük çıxara çıxara biləcək.

Qeyd edək ki, “Angara-A5V” rusiyalıların artıq istifadə etdiyi “Angara-A5” daşıyıcı raketinin versiyalarından biridir. Onun Plesetsk kosmodromundan ilk buraxılışı 23 dekabr 2014-cü ildə, Vostoçnı kosmodromundan isə 11 aprel 2024-cü ildə baş tutub.

Rusiyada “Anqara-A5”-nin SSRİ-nin dağılmasından sonra Rusiya Federasiyasının elmi sənayesi tərəfindən istehsal olunan ilk ağır raket olması ilə öyünürlər. Ancaq bu, olduqca şübhəli bir nailiyyətdir, çünki raketin son dərəcə qənaətsiz olduğu ortaya çıxıb. Ümumiyyətlə, bütün illər ərzində bu daşıyıcının cəmi 4 buraxılışı həyata keçirilib.

V. QULİYEV
Seçilən
72
Mənbələr
Şərh ()
Bağla