AZ

Şəkidə itkin düşən qadının meyiti çayda tapıldı - Foto

Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, aprelin 19-da itkin düşən Şəki rayon sakini 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb.

Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar və hazırda qadının meyitinin sudan çıxarılması istiqamətində tədbirlər görülür.

 


Telegram kanalımız
Seçilən
143
19
Mənbələr
Şərh ()
Bağla