AZ

Litva Ukraynaya M577 zirehli transportyorlarını göndərdi

Litva M577 zirehli transportyorlarının partiyasını Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

News24.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Litvanın Ukraynaya uzunmüddətli yardımı bir milyard avroya çatıb, hərbi yardım isə təxminən 610 milyon avro təşkil edir. Bu il təqribən 84 milyon avro məbləğində yardım artıq göstərilib və dinamikanın davam etdirilməsi planlaşdırılır”, - Litva Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Mehriban Mirzəzadə



Seçilən
46
12
Mənbələr
Şərh ()
Bağla