AZ

Hacı Nuranın bağışladığı avtomobil narazılıq yaratdı

2 gün öncə sosial şəbəkələrə aparıcı Hacı Nuranın Türkiyədən gələn aktyora bahalı avtomobil bağışlaması geniş müzakirələrə səbəb olub.

Hit.az-ın xəbərinə görə, onun bu hərəkəti yerli məşhurları qıcıqlandırıb.

Xalq artisti Kazım Abdullayev Hit.az-a verdiyi açıqlamada bildirib ki, Hacı Nuranın bu hərəkəti onun xətrinə dəyib:

“O maşının pulunu bölüb öz aktyorlarımıza versəydilər, hamı varlanardı. Hərəyə bir yüngülvari maşın almaq olardı. Xəbəri oxudum, çox əsəbiləşdim. Tanınmış məşhur aktyor da deyil, adi bir adamdır, niyə ona verilir, bizimkilərə yox? Soruşuram da niyə? Axı Türkiyədə bizim aktyorların hansısa belə bahalı jest edilib? İllərlə çalışsaq da, bizimkilər orda ulduz ola bilmir”,- deyə aktyor bildirib.

Murad

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla