AZ

Metyu Brayza: Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm

Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Metyu Brayza deyib.

O qeyd edib ki, sərhədlərin demarkasiyası məsələsi müəyyən vaxt ala bilər.

M.Brayza Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına da münasibət bildirib, o bu hadisədən şoka düşdüyünü bildirib:

"Ermənilər sülhməramlıların burada daimi qalmasını istəyirdi, çünki düşünürdülər ki, Rusiya onları həmişə qoruyacaq. Ancaq üçtərəfli sazişə əsasən onların fəaliyyəti limitli idi və artıq regionu tərk edirlər. Paşinyanın Ermənistanın KTMT-dəki fəaliyyətini dondurmaq qərarından və Ermənistan Aİ-yə üzv olmalıdır fikrindən sonra isə vəziyyət dəyişdi. Putin buna cavab olaraq dedi ki, yaxşı, deməli sizin bizə ehtiyacınız yoxdur".

M.Brayza noyabrda ABŞ-da keçiriləcək seçkilərə də münasibət bildirib. O qeyd edib ki, əgər Donald Tramp hakimiyyətə gəlsə, ABŞ-nin həm xarici, həm də daxili siyasətində daha bir çılğınlıq dövrü yaşanacaq.

Seçilən
66
10
Mənbələr
Şərh ()
Bağla