AZ

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Alman

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli alman filosofu neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən biri olan və epistemoloji, təbiət elmləri, əxlaq, politika, estetika, sənət və bu kimi bir çox sahəni dərindən öyrənən, İmmanuel Kantın anadan olmasının 300 illik yubileyinə həsr edilən ümuminstitut seminarı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Seminarda Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə məruzə ilə çıxış edərək bildirib: “Hər bir xalqın öz fəlsəfəsi var və fəlsəfə tarixindən danışarkən alman fəlsəfəsinin dünya fəlsəfə tarixində əsas yerlərdən birini tutduğunu görürük. Kant bir neçə fənni öyrənən alim olmaqla yanaşı, dünyaca tanınan filosof olmuş və onun tədqiqatlarında epistemoloji yanaşmalar əsas yer tutur. Bu məsələyə bir neçə tezislə yanaşmaq olar: metodoloji fizika, əxlaq fəlsəfəsi, azad iradə, əxlaq və din. Bəs Kantın maarifləndirmə ideyası nədir? - sualına əgər cavab versək, görərik ki, maariflənmə insanlığın özü-özünə təlqin etdiyi qeyri-yetkinlikdən xilas olması deməkdir. Maarifçiliyin əsas şüarı öyrənməyə cəhd etmək və öz dərrakəsini istifadə etmək cəsarətinə sahib olmaqdır. İlham Məmmədzadə daha sonra qeyd edib ki, müasir elmi biliklər Kant fəlsəfəsi ilə müxtəlif istiqamətlərlə üst-üstə düşür.

Seminarda professor Adil Əsədov “Kant və postmodernizm”, Məhəmməd Cəbrayılov “Kantın təbiət fəlsəfəsinə müasir nəzəri kontekstdə baxış”, Zaur Rəşidov “İ.Kantın fəlsəfi antropologiyası və neokantçılıqda insan sualı: müqayisəli təhlil” mövzularında məruzə ediblər.

Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla