AZ

Təyyarəni göydə ildırım vurdu

Rusiyanın  Surqut  vilayətindən   Omska uçan təyyarəni ildırım vuraraq zədələyib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.

 

Telegram kanalının məlumatına görə, Omsk hava limanında Surqutdan Utair aviaşirkətinə məxsus təyyarə eniş etdikdən sonra təyyarədə ildırım vurmasının izləri aşkarlanıb.

 

Təyyarənin gövdəsinin ön hissəsində cızıq yaranıb və iki pərçim də zədələnib.

 

Bildirilir ki, nasazlığın aradan qaldırılması üzrə işlər aparıldıqdan sonra təyyarənin Tümenə uçmasına icazə verilib.

 

Bundan əvvəl Vankuverdə göyərtəsində 550-dən çox insanın olduğu sərnişin təyyarəsini ildırım vurmuşdu.

 

Zərbə anını əks etdirən video yayımlanıb.

 

Yerli pilotun sözlərinə görə, təyyarədə quraşdırılmış xüsusi ildırım söndürmə sistemi sayəsində faciənin qarşısı alınıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

 

Nigar

 

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla