AZ

"Məqsədimiz Avropa çempionu olmaqdır"

"Bavariya"nın və Almaniya yığmasının hücumçusu Tomas Müller AVRO-2024-dəki hədəflərindən danışıb.

Futbolpress.az xəbər verir ki, o, yalnız bir məqsədlərinin olduğunu açıqlayıb:

"Hər zaman vacib olan nəticədir. Məqsədimiz Avropa çempionu olmaqdır. Bunun üçün çalışacağıq".

2024-cü il futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Almaniya A qrupunda Şotlandiya, Macarıstan və İsveçrə ilə mübarizə aparacaq.
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla