AZ

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident

Stokholm, 23 aprel, Nərgiz Cəfərli, AZƏRTAC

Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Norveç Krallığının Baş naziri Jonas Gahr Storeyə ünvanladığı dəvət məktubunu Norveç Krallığının İsveçdəki səfiri Aud Kolberqə təqdim edib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində uğurlu təcrübəsi qeyd olunub. COP29-a hazırlıq işləri barədə qarşı tərəfə məlumat verilib, habelə Azərbaycan və Norveç arasında əməkdaşlıq məsələlərinə toxunulub.

Norveç səfiri dəvət məktubuna görə təşəkkürünü ifadə edib və onun ən qısa zamanda yüksək ünvanına çatdırılacağını bildirib.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Seçilən
41
5
Mənbələr
Şərh ()
Bağla