AZ

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.

 

Sfera.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu açıqlayıb.

 

“Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb və buna görə əməliyyat olunub”, - deyə Elgiz bildirib.

 

Z.Bayramova - “Hər şey qaydasındadır. Polip var idi, əməliyyatla götürüldü”, - deyə xəstəliyi barədə açıqlamasında söyləyib.

 

Qeyd edək ki, Z.Bayramova uzun müddətdir xərçəngdən əziyyət çəkir. Onun mədəsində şiş aşkarlanıb və bir dəfə əməliyyat olunub.

Seçilən
22
7
Mənbələr
Şərh ()
Bağla