AZ

Rusiyada sosial iğtişaşlar başlaya bilər

Rusiyada

Artan hərbi xərclərə və Qərbin ticarət məhdudiyyətlərinə baxmayaraq, Rusiya iqtisadiyyatı hələ də güclüdür.

Reyting.az
xəbər verir ki, bu barədə“Business Insider” “Carnegie Endowment”-in hesablamalarına istinadla yazıb.

Bildirilir ki, Beynəlxalq Valyuta Fondu bu il Rusiyanın bütün inkişaf etmiş iqtisadiyyatlardan, o cümlədən ABŞ-dan daha sürətli inkişaf edəcəyini proqnozlaşdırır. Bu, Rusiyanın sanksiyalardan qismən yayınmağın yollarını tapa bilməsi, müttəfiqlərinə neft satması, eyni zamanda üçüncü ölkələr vasitəsilə Qərb mallarını idxal etməsi ilə bağlıdır.

“Paradoksal bir vəziyyət yaranıb: Qərbin sanksiyalarına baxmayaraq Rusiya iqtisadiyyatı sabitdir, lakin çətin əldə edilən sabitlik, artan disbalans və mümkün sosial problemlər səbəbilə ən yaxşı halda, bir il yarım ərzində dağılmağa başlayacaq”,- Karnegi Avrasiya Mərkəzinin tədqiqatçısı Alexandra Prokopenko deyib.

Müəlliflərin fikrincə, Rusiya siyasi baxımdan müharibənin üçüncü ilində üç böyük problemlə üzləşir. Vladimir Putin üçün problem Rusiya ordusunun maliyyələşdirilməsi, Rusiya vətəndaşlarının həyat səviyyəsinin saxlanması və iqtisadiyyatın sabitliyinin qorunması ilə bağlıdır. Bu üç məqsədə nail olmaq Rusiya üçün getdikcə çətinləşir.

Qeyd olunur ki, zəiflik əlamətləri artıq üzə çıxmağa başlayıb. Kreml bu il ordusuna rekord məbləğdə vəsait xərcləməyi planlaşdırır. Bu, ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər, çünki müdafiə xərcləri ümumiyyətlə, qeyri-məhsuldardır və Rusiya-Ukrayna müharibəsinin tezliklə bitib-bitməyəcəyi bəlli deyil.

Yaşayış şəraiti də pisləşməyə başlaya bilər. Baxmayaraq ki, iqtisadçılar hazırda rusların əsasən normal həyat sürdüyünü deyirlər. İnflyasiya sürətlə yüksəlib və Mərkəzi Bankı faiz dərəcələrini 16 faizə qədər artırmağa məcbur edib. Mərkəzi Bank inflyasiyanın azaldılmasına nail olarsa, bu, iqtisadiyyatın daralmağa başlaması ilə ev təsərrüfatlarının gəlirlərini “yeyəcək”. Gəlirlərin azalması rusların borclarını ödəmək qabiliyyətinə də təsir göstərərək borc böhranı riskini artıra bilər.

Rusiya indiyə qədər iqtisadiyyatını sabit saxlamaq və tənəzzüldən qaçmaq üçün alətlərə malik olsa da, iqtisadçılar işçi qüvvəsi çatışmazlığı, məhsuldarlığın azalması və dünyanın qalan hissəsindən artan təcrid şəraiti nəzərə alınmaqla qaranlıq gələcək barədə xəbərdarlıq edirlər.

“Siyasi imperativlərin idarə etdiyi iqtisadiyyatda davamlı inkişaf üçün çox az stimul var. Gec-tez bu, sadə rusiyalıların rifahına zərər verəcək. Başqa sözlə, müvəqqəti düzəlişlər və aşağı həyat standartları siyasi və iqtisadi “küləklərə” əlavə olunacaq”, - Prokopenko bildirib.

Mütəxəssislər Rusiyada sosial iğtişaşların baş verəcəyi barədə xəbərdarlıq edirlər, xüsusən də yaşayış səviyyəsi pisləşməkdə davam edir. Üç iqtisadçı bildirib ki, ilin sonuna qədər ölkə geniş iğtişaşlarla üzləşə bilər, xüsusən də Qərb Moskvaya qarşı sanksiyaları sərtləşdirməyə davam edərsə.

V. QULİYEV
Seçilən
57
Mənbələr
Şərh ()
Bağla