AZ

Cud Bellingem “Real”da məhsuldarlığnın azalmasından danışdı

“Real”ın ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingem Madrid komandasındakı məhsuldarlığının geriləməsinin səbəbini açıqlayıb.

Arena.az “El Espanol” dərgisinə istinadən, ingilis futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Nəbzimi pozmuş əsas məqam “Jirona” ilə oyunda aldığım zədə idi. Bu, mütləq mənə təsir etdi, çünki mövsümün əvvəlində hər oyunda çıxış edirdim. İndi bəzi məqamları düzəltməliyəm. Tənqidləri qəbul etməkdən məmnunam, buna necə qarşılıq verdiyiniz önəmlidir”, deyə Bellingem vurğulayıb.

Xatırladq ki, Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

İngilis futbolçunun Madrid klubundakı çıxışı elə ilk mövsümündən uğurlu alınıb. Cari mövsümdə Bellingem “Real”ın heyətində bütün yarışlarda 36 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 21 qol vurub, 10 məhsuldar ötürmə verib. Cud 17 qolla İspaniya La Liqasının cari mövsümünün ən sərrast futbolçuları siyahısında 2-ci pillədə qəralaşıb.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 29 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Bellingem “Real”la 2023/2024 mövsümü İspaniya Super Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla