AZ

“El klasiko” yenidən keçiriləcək? - Laporta açıqladı

“Barselona”nın prezidenti Joan Laporta İspaniya La Liqasının 32-ci turunun “Real”la oyununda çoxsaylı hakim səhvlərindən şikayətlənib.

Arena.az “Instant Foot” dərgisinə istinadən məlumat verir ki, Laportanın əsas “dərdi” Lamin Yamalın vurduğu, hakimin isə hesaba almadığı qolla bağlıdır.

Xatırladaq ki, oyunun 28-ci dəqiqəsində “Barselona”nın ispaniyalı vingeri Lamin Yamal künc zərbəsindən ötürmədən yararlanaraq topa uğurla ayaq qoyub. Top qapı xəttini qismən keçib, amma “Real”ın ukraynalı qapıçısı Andrey Lunin topu xətdən qaytarıb. Baş hakim Sesar Soto Qrado qol olmadığına işarə vursa da, bir neçə dəqiqə videoköməkçi ilə məsləhətləşib və nəhayət, öz qərarını təsdiqləyib. Hakimin bu qərarı böyük mübahisə predmetinə çevrilib və hazırda İspaniya mətbuatında çeynənir.

Madrid səfərində “Barselona” iki dəfə “Real”ı hesabda üstələsə də, “Kral klubu” əzmkar oyunu ilə 3:2 hesablı qələbəni oyunun əsas vaxtına əlavə edilmiş təzminat müddətində (90+1) qoparıb – 3:2.

“Oyun zamanı çəkilmiş bütün görüntüləri bizə təqdim etmək üçün dərhal Hakimlər Texniki Komitəsi və İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə əlaqə saxlayacağıq. Bunun qaydalara müvafiq olaraq qol olduğu təsdiqlənsə, oyunun təkrar keçirilməsini tələb edəcəyimizi istisna etmirik. Bu, VAR xətaına görə artıq Avropa çempionatlarının birində baş verib”, deyə Joan Laporta vurğulayıb.

Hazırda, “Real” 32 turdan sonra 81 xalla La Liqanın yarış cədvəlinə başçılıq edir. “Barselona” isə 70 xalla 2-ci pillədə qərarlaşıb.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla