AZ

Şəkidə itkin düşən qadının çaydan meyiti tapıldı

Bakı. Trend:

Şəkidə 64 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, Şəki rayonununCumakənd kənd sakini, 1960-cı il təvəllüdlü Mikayılova Çimnaz Vahabqızı aprelin 19-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdəgedib və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-insorğusuna cavab olaraq bildirilib ki, aprelin 19-da itkin düşənŞəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çaydaaşkarlanıb.

Polis, eləcə də, digər aidiyyəti qurumların əməkdaşları əraziyəcəlb olunub və hazırda qadının meyitinin sudan çıxarılmasıistiqamətində tədbirlər görülür.

Seçilən
62
3
Mənbələr
Şərh ()
Bağla