AZ

Azərbaycan çempionu -  "Azərreyl"

Qadın voleybolçular arasında Azərbaycan çempionatının final oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, həlledici qarşılaşmada "Abşeron" və "Azərreyl" kollektivləri qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan final qarşılaşmasında "Azərreyl" rəqibini 3:1 (25:13, 15:25, 25:21, 25:21) məğlub edərək ölkə çempionu adına sahib çıxıb.

Bürünc medalları isə “Murov Az Terminal” qazanıb.
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla