AZ

Zidan Almaniyada işləyəcək?

Bilindiyi kimi, Tomas Tuxel mövsümün sonunda “Bavariya”nın baş məşqçisi vəzifəsini tərk edəcək.

Artıq onun yerinə növbəti namizəd müəyyənləşib.
“Mundo Deportivo” qəzetinin məlumatına görə, Münhen klubunun rəhbərliyi Yulian Naqelsmannın Almaniya Futbol İttifaqı ilə müqaviləsini yeniləməsindən sonra indi Zinəddin Zidanı əsas namizəd kimi görür. İspaniya nəşri 51 yaşlı fransalının mövsümün sonunda Tuxeli əvəzləmək şansının yüksək olduğunu yazıb.

Zidan məqçilik karyerasında yalnız “Real”ı çalışdırıb. Bu komandaya 2016-18 və 2019-21-ci illərdə başçılıq edib. “Real”ı iki dəfə İspaniya çempionatında, iki dəfə İspaniya Superkubokunda, üç dəfə Çempionlar Liqasında, iki dəfə Avropa Superkubokunda və iki dəfə Klublararası Dünya Çempionatında qələbəyə daşıyan Zidan bir neçə həftə əvvəl karyerasındakı üçillik fasiləyə son qoymaq istəyini dilə gətirmişdi.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla