AZ

“Ermənistanın bütün tərəfdaşları İrəvanla Bakı arasında başlayan prosesi alqışladı” – Vardanyan

Ermənistanın bütün tərəfdaşları Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesini alqışlayıblar.

İnterpress.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin dövlət-hüquq məsələləri daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Vladimir Vardanyan bildirib.

O, aprelin 23-də Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Parlament Komissiyasının iclasında sərhədlərin müəyyənləşdirilməsi üzrə işi şərh edib. Deputat söhbətin hüquqi sərhədlərdən getdiyini vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyətinin nəzarətində olan ərazinin ölçüsü tam deyil.

“Məsələn, Artsvaşen (Başkənd – red.) Ermənistanın ərazisi olub və olmaqda davam edir”, – Vardanyan izah edib.

Parlamentarin sözlərinə görə, bütün ölkələr İrəvanla Bakı arasında başlayan prosesi alqışlayıb.

“İndi mən heç nə başa düşmədim. Bütün tərəfdaşlarımız bu prosesi müsbət qarşıladılar. Elə bir ölkə yoxdur ki, buna qarşı çıxsın, bununla da bizim mövqeyinizi dəstəkləsin”, – deyə komissiya rəhbəri qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla