AZ

Bu klubun fərəfdarı daha yan-yana dayanmır... FOTOFAKT

“Kəpəz”lə “Sabah” arasında baş tutan qarşılaşmada ikincilər istəyinə çatdı.

Qərb təmsilçisi rəqibini məlum səbəbdən Gəncədə yox, Tovuzda qəbul edirdi ki, nominal meydan sahiblərini dəstəkləyən azarkeşlər stadionda əsl Gəncə ab-havası yarada bilmişdi.

Arenada diqqətimizi çəkən məqamlardan biri “Xəmsə” və “Kəpəz Ultras” azarkeş qruplarının bu dəfə fərqli sektorlarda yer alması idi.

Bu

Ötən mövsümdə, hətta cari “futbol ili”ndə eyni tribunada görməyə alışdığımız qrup üzvləri son həftələrdə iki yerə bölünüb. Daha əvvəlki kimi yan-yana dayanmırlar.

Lakin oyunun sonlarında yaşanan qalmaqalın bu qruplarla əlaqəsi yox idi. Gəncədən gələn sıravi azarkeşlərlə “Xəmsə”nin üzvləri ortaq dil tapmaqda çətinlik çəkdiyinə görə “söz atışması” baş verdi.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla