AZ

Azərbaycanla Əlcəzair arasında əlaqələrin inkişafı müzakirə olunub

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 23-də ölkəmizdəsəfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Xalq MilliAssambleyasının Milli müdafiə komitəsinin sədri,Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetinrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, S.Qafarova bu ilölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzairarasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunubildirib.

Görüşdə münasibətlərin inkişafında dövlət başçılarınınqarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub, xüsusilə,Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrındaƏlcəzairə səfərinin dost ölkələrimiz arasında münasibətlərininkişafında tarixi mərhələ olduğu vurğulanıb.

Söhbət zamanı, Azərbaycanla Əlcəzair arasında iqtisadi, mədəni,təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyətidiqqətə çatdırılıb.

Spiker münasibətlərin dərinləşməsində parlamentlərin xüsusirolunu qeyd edərək, deyib ki, iki ölkənin qanunverici orqanlarıarasında da yaxşı əlaqələr var. Vurğulanıb ki, ölkələrimiz arasındabeynəlxalq səviyyədə qarşılıqlı dəstək mövcuddur. Parlamentüzvlərimiz də bir çox beynəlxalq təşkilatlarda birgə işləyirlər.Milli Məclisin sədri Əlcəzairin Azərbaycan Prezidenti İlhamƏliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının ParlamentŞəbəkəsinin işində fəal iştirakını yüksək qiymətləndirib.

Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri,Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset cariilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərindəPrezident İlham Əliyevin qələbəsi münasibəti ilə təbrikləriniçatdıraraq, dövlət başçımızın bu qələbəsinin onun xalqımızqarşısındakı misilsiz xidmətlərinə verilən qiymət kimidəyərləndirib. O, həmçinin, Azərbaycanı özünün ərazi bütövlüyü vəsuverenliyini bərpa etməsi münasibəti ilə də təbrikləriniçatdırıb.

Əlcəzair Xalq Milli Assambleyasının sədri İbrahim BouğalininMilli Məclisin sədri Sahibə Qafarovaya salamlarını çatdıran QarbiAbdelbaset ölkələrimiz arasında münasibətlərin, o cümlədən,Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edib.Onun sözlərinə görə, bu sahədə əlaqələr ikitərəfli münasibətlərininkişafı üçün də imkan yaradıb.

Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq əlaqələrinin dahada dərinləşdirilməsinin, parlament komitələri, o cümlədən, dostluqqrupları arasında təmasların daha da genişləndirilməsininəhəmiyyəti qeyd olunub.

Söhbət zamanı, həmçinin, bu il BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının -COP29-un ölkəmizdə keçirilməsinin önəmi vurğulanaraq, bu qərarınAzərbaycana olan böyük etimadın təzahürü olduğu ifadə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.

Azərbaycanla
Azərbaycanla
Məqalədə:
Seçilən
33
7
Mənbələr
Şərh ()
Bağla