AZ

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

İspaniyalı mütəxəssis Unay Emeri “Barselona” və “Bayern”in təkliflərini rədd edərək, “Aston Villa” ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb.

Futbolinfo.az “The Athletic”ə istinadən xəbər verir ki, Premyer Liqa klubunun rəhbərliyi Emerinin onların ser Aleks Ferqyusonu (“Mançester Yunayted”in keçmiş baş məşqçisi) olacağına inanırlar.

Emeri 2022-ci ilin noyabrında “Aston Villa”ya keçib. Onun rəhbərliyi altında komanda bütün turnirlərdə 77 oyun keçirib və 44 qələbə qazanıb. “Aston Villa” hazırda Premyer Liqanın turnir cədvəlində dördüncü yerdədir və UEFA Konfrans Liqasının yarımfinalına yüksəlib.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla