AZ

Zamirə Dadaşova "Space" TV-ə qayıdır?

"Space" televiziyası ilə bu gün problemə son qoyduq.

Teleqraf.com xəbər verir ki, bu sözləri bir müddət əvvəl "Space” televiziyasından vəzifəsindən azad olunan aparıcısı Zamirə Dadaşova sosial media hesabında məlumat verib:

"Nəhayət, məhkəmənin qərarı icra olundu. Mənə ödənilməli məbləğin bir qismi verildi. Bir hissəsini isə yaxın günlərdə təqdim edəcəklərini bildirdilər. Artıq mən "Space" televiziyasını rəsmi əməkdaşı hesab olunuram. Kanalla əməkdaşlıq edib-etməyəcəyimi isə zaman göstərər. Bu gün özlərinə də dedim. Sabah kimin harda olacağı bəlli deyil.

Mən "Space"ə qayıtdım, amma sabah Vado Korovinin kanala rəhbərlik edib-etməyəcəyi bəlli deyil. Elə mənim də sabah hansı vəzifələrdə ola biləcəyim sual altındadır. Bircə onu deyirəm ki, Allah heç kimi heç kimin yanında xəcalətli etməsin. Bir-birimizi görəndə atdığımız addımlardan utanmayaq. Üzlərə baxmağa üzümüz olsun!"

Qeyd edək ki, bir müddət əvvəl Z. Dadaşova “Space” TV-nin rəhbəri Vado Korovindən şikayətçi olmuşdu. O, telekanalda hökm sürən özbaşınalıqlar haqda feysbuk hesabında yazmışdı.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
27
12
Mənbələr
Şərh ()
Bağla