“Bavariya”nın və Almaniya yığmasının hücumçusu Tomas Müller millinin 2024-cü il Avropa çempionatında hədəflərindən danışıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu ölkəsinin şanslarını belə dəyərləndirib:
“Mən bilirəm ki, sonda həmişə vacib olan nəticədir. Təbii ki, Almaniya komandasının məqsədi Avropa Çempionatını qazanmaqdır”.
2024-cü il futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirdə 24 komanda iştirak edəcək.
Bu mövsüm 34 yaşlı Müller 36 oyuna çıxıb, 7 qol vurub və 9 məhsuldar ötürmə edib.