AZ

Azərbaycanın Aİİ-yə daxil olmaq planları yoxdur - Prezident

Azərbaycanın hazırda Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaq planları yoxdur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
 
"Bizim belə planlarımız yoxdur, lakin deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Əgər bu əlavə iqtisadi fayda vəd edərsə, Azərbaycan Aİİ-yə daxil olmaq variantını nəzərdən keçirməyə hazırdır. Əks halda, Bakı birliyə üzv ölkələrlə mövcud əməkdaşlıq formatından razı qalacaq.”, - Azərbaycan lideri Bakıda keçirilən beynəlxalq konfransda bildirib.
 
Aprelin 22-də Rusiya hökuməti İran və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında azad ticarət zonasının yaradılması haqqında sazişin ratifikasiyasına dair qanun layihəsini dəstəkləyib. İqtisadçıların fikrincə, Tehran ilk növbədə ittifaqda əməliyyatları 75% təşkil edən Rusiya ilə ticarətin inkişafında maraqlıdır: yaxın illərdə ölkələr ticarət dövriyyəsini 10 dəfə artırmağı planlaşdırır.

Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla